Xəbər lenti

Sabah gecə meteorit yağışı yağacaq
Ölkə13:42 02.01.2017

Sabah gecə meteorit yağışı yağacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kainat bir az gec də olsa Yer kürəsi sakinlərinə Yeni il hədiyyəsini təqdim edəcək. 

Yanvarın 3-dən 4-nə keçən gecə “Kvadrantid” meteor axını baş verəcək. Planetimizn üzərindən saatda 100 meteor keçəcək. 

“Kvadrantid” meteor axını ilk dəfə 2 yanvar 1825-ci il tarixdə italiyalı Antonio Brukalassi tərəfindən təsvir olunub. Sonradan astronomlar prosesin dövri olduğunu sübut ediblər - axın Yer kürəsi üzrəindən hər il keçir. 

Meteor axını adətən kometlərdən başlayır, lakin “Kvadrantid”də belə deyil. 2003-cü ilin may ayında amerikalı astronom Cenniksen kometin bir hissəsi olan “2003 exl” adlı adasteroidi (196256) kəşf edib. Bu asteroiddən hər ilin yanvar ayında parlaq “Kvadrantid”lər hərəkətə başlayırlar. (oxu.az)

Qaynarinfo.Az