Xəbər lenti

Sabah hava isti olacaq
Ölkə09:01 23.11.2013

Sabah hava isti olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək, səhər və axşam saatlarında bəzi yerlərdə zəif duman olacaq.

Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək.

Bakı və Abşeron yarımadasında noyabrın 24-də havanın temperaturu gecə 4-8, gündüz 11-15 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarına gəlincə isə, hava əsasən yağmursuz keçəcək, bəzi yerlərə səhər və gecə saatlarında az yağış yağacaq, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 4-9, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.

Qaynar.info