Xəbər lenti

Sabah hava necə olacaq ?
Ölkə08:43 01.07.2014

Sabah hava necə olacaq ?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-23, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yuxarı 763 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə iyulun 02-də hava şəraitinin əksər rayonlarda yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən şərq küləyi əsəcək. 

Havanın temperaturunun gecə 19-24, gündüz 30-35, bəzi yerlərdə 37, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Qaynar.info