Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə08:55 21.05.2023

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mayın 22-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti olacaq. Atmosfer 756 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 24-29° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.