Xəbər lenti

Sabah hava necə olacaq? - VİDEO
Ölkə08:39 06.09.2014

Sabah hava necə olacaq? - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sentyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-23, gündüz 28-32 dərəcə isti olacağı gözlənilir.

 Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran və Bilgəhdə 24-25 dərəcə, Zağulba, Mərdəkan, Şüvəlan və Buzovnada 25-26 dərəcə, Türkan, Hövsan, Şıx və Sahildə 26-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sentyabrın 7-də əsasən hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir. 

Qaynar.info