Xəbər lenti

Sabah kommunal ödənişlər üçün sonuncu gündür
Ölkə16:14 04.03.2017

Sabah kommunal ödənişlər üçün sonuncu gündür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verdiyimiz kimi, martın 1-dən etibarən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirlyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi də öncədən ödəniş sisteminə keçilib. Məlumatda qeyd edilirdi ki, stasionar telefon rabitəsi xidmətləri üçün hər ayın əvvəlində öncədən ödəniş etmək lazımdır.

Yeni sistemə görə, abonentlər telefon rabitəsi üçün abunə haqlarını hər ayın 5-dək ödəməlidirlər. Ödəniş geciksə, ayın 6-da telefon xətti birtərəfli qaydada kəsiləcək. Ayın sonunda isə nömrə ikitərəfli qaydada bağlanacaq.

Birlik yeniliklə bağlı abonentləri sms vasitəsilə xəbərdar edib. Yeni sistemə keçidin səbəbləri haqda bilgi verilmir.

Qeyd edək ki, aylıq abunə haqqı əhali üçün 2,5, korporativ istifadəçilər üçün isə 7 manatdır.

Qaynar.Az