Xəbər lenti

Sabah külək əsəcək, 35 dərəcə isti olacaq
Ölkə08:50 20.07.2015

Sabah külək əsəcək, 35 dərəcə isti olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Qaynar.info-ya verilən məlumata görə, havanın temperaturu gecə 21-23, gündüz 29-31 dərəcə isti olacaq. 
Azərbaycan rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhərə yaxın bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir Aran yerlərində güclənəcək. Gecə 20-25, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.  
Qaynar.info