Xəbər lenti

Sabah külək güclənəcək, yağış yağacaq
Ölkə09:05 28.07.2020

Sabah külək güclənəcək, yağış yağacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda iyulun 29-da gözlənilən hava şəraiti açıqlanıb. 
Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Şimal-şərq küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. 
Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-26, gündüz  30-35, Bakıda  gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq.
Atmosfer  təzyiqi 756 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət 55-65 faiz təşkil edəcək.  
Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.
Azərbaycanın əsasən şimal və qərb rayonlarında gündüz saatlarından başlayaraq  şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
Havanın temperaturu  gecə 21-26, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz  20-24 dərəcə  isti olacaq.   
Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 29-u gündüz və iyulun 30-da Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.