Xəbər lenti

Sabah leysan yağacaq, dolu düşəcək
Ölkə08:22 05.06.2015

Sabah leysan yağacaq, dolu düşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah bəzi rayonlarda leysan xarakterli yağış yağacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, iyunun 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 24°, gündüz 27-32° isti olacaq.

İyunun 6-da Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xaratkterli olacağı, dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarda havanın temperaturu gecə 18-23°, gündüz 31-36°, dağlıq rayonlarda gecə 11-16°, gündüz 21-26° isti olacaq.

Qaynar.info