Xəbər lenti

Sabah paytaxtın bu hissələrində su olmayacaq
Ölkə12:05 10.11.2018

Sabah paytaxtın bu hissələrində su olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah Bakının 3 rayonunda içməli suyun verilməsində fasilə olacaq.
"Azərsu” ASC-dən Qaynarinfo-ya verilən məlumata görə, məhdudiyyətə səbəb magistral kəmərlərdə aparılan yenidənqurma işləridir.
Belə ki, Yasamal və Səbail rayonlarının bir hissəsinə (Sovetski ərazisi, Nazirlər Kabinetinin ətrafı ərazilər), həmçinin Xətai rayonunun bir hissəsinə (Qara şəhər və Ağ şəhər adlananan ərazilər, N.Rəfiyev, M.Mehdizadə, X.Rüstəmov küçələri) gün ərzində içməli suyun verilişində fasilələr yaranacaq.