Xəbər lenti

Sabah paytaxtın bu hissəsində su olmayacaq
Ölkə15:20 14.02.2018

Sabah paytaxtın bu hissəsində su olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah Bakının Nərimanov rayonunun bir hissəsində su məhdudiyyətlə veriləcək.
"Azərsu” ASC-dən Qaynarinfo-ya verilən məlumata görə, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar sabah gün ərzində Təbriz küçəsi boyu ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.