Xəbər lenti

Sabah rayonlarda güclü külək əsəcək
Ölkə 19:09 05.03.2025

Sabah rayonlarda güclü külək əsəcək

Bölgələrdə martın 6-da güclü külək əsəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yayıb.

Bldirilib ki, Daşkəsən, Qobustan, Goranboy, Naftalan, Mingəçevirdə qərb küləyi əsəcək, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.

Kəlbəcər, Laçın, Zəngilan, Balakən, Qax, Şəki, Zaqatala, Şamaxı, Göyçay, Bərdə, Yevlax, Tərtər, Ağcabədi, Ağdam, Gədəbəy, Göygöl, Qusar, Sabirabad, Neftçala, Hacıqabul, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Samux, Şabran, Siyəzən, Xaçmaz, Xızı, Lerik, Yardımlıda qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->