Xəbər lenti

Sabah “Səncə, Döyəcəklər?” nümayiş olunacaq
Ölkə13:35 18.10.2013

Sabah “Səncə, Döyəcəklər?” nümayiş olunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Oda Teatrının təqdimatında baş tutan və hər kəsin marağına səbəb olan “Səncə döyəcəklər?” tamaşasının 6 nümayişi olub.

Qaynar.info
xəbər verir ki, teatr bu tamaşanın təkrar nümayişini 19 və 20 oktyabr, saat 19:00-da "Oda"nın daimi məkanı olan Zirzəmi-də yenidən nümayiş etdirəcək.

Məlumat üçün bildirək ki, Oda Teatrı Rumın dramaturqu Matey Vişnekin “Səncə döyəcəklər?” əsərini səhnələşdirib. “Səncə döyəcəklər?” eyniadlı tamaşası Azərbaycanda ilk dəfə nümayiş olunub. Oda Teatrı hər kəsi oktyabrın 19-u və 20-si saat 19:00-da adıçəkilən tamaşaya baxmağa dəvət edir. Tamaşada Azərbaycan teatrlarında indiyədək görmədiyiniz quruluşla tanış olacaqsınız. Bu tamaşada ötən tamaşadan da fərqli olaraq bir çox yeniliklər və fərqliliyin şahidi ola bilərsiniz.

Onu da qeyd edək ki, “Səncə döyəcəklər?” tamaşasına quruluşu əməkdar artist İlqar Cahangir verib. Eyni zamanda tanınmış aktyor özü də bu tamaşada rol alıb.

Rollarda Elmin Bədəlov, İlqar Cahangir, Nihad Qulamzadə, Murad Rüstəm, Günay İlyasova, Niyazəli Məmmədzadə iştirak edəcək.

Onu da bildirək ki, Oda Teatrı bu tamaşadan əvvəl Qoqolun “Evlənmə” pyesini müasirləşdirərək səhnələşdirmişdi. Tamaşa beş dəfə nümayiş olunmaqla min nəfərə yaxın insana göstərilmişdir. Yerlər məhdud olduğu üçün tamaşaya giriş biletlə olacaq. Biletlərin qiyməti 3 manat təyin olunub.

Teatrın yeri: Tarqovı, İSR Plaza-nın arxası – Topçubaşov küçəsi 40-da yerləşən ZİRZƏMİ məkanıdır. Ünvanı tapmaq və biletləri əldə etmək üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz:

Tel: 050 394 48 64

070 219 83 33