Xəbər lenti

Sabah sulu qar və qar yağacaq
Ölkə08:55 07.12.2013

Sabah sulu qar və qar yağacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rayonlarda sulu qar və qar yağacağı gözlənilir

Bakıda və Abşeron yarımadasında dekabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz əsasən yağmursuz keçəcəyi, axşam buludluğunun artacağı, gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim cənub-qərb küləyi günün ikinci yarısından arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun anomal gedişi gözlənilir. Belə ki, havanın temperaturu gecə 2-4, günün ikinci yarısında 12-15, axşama doğru isə 4-6 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında dekabrın 7-də hava şəraitinin günün ikinci yarısından şimal və qərb rayonlarından başlayaraq yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.


Qaynar.info