Xəbər lenti

Sabah Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq
Ölkə16:42 20.12.2021

Sabah Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sumqayıtın təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu barədə Sumqayıt Qaz İstismar Sahəsindən bildirilib.
Qeyd olunub ki, "Şəhər 4” orta təzyiqli qaz kəmərində zəruri tədbirlərin görülməsi və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar olaraq, dekabrın 21-i, saat 10:00-dan 14:00-dək şəhərin Ceyranbatan, Novruz, Təzə və Köhnə Corat qəsəbələri, "Yaşıldərə” və "Qurddərəsi” yaşayış massivləri, Sumqayıt-Novxanı şosesi əraziləri, Metallurq, Saray, Novxanı və Corat bağları, 42, 47, 48, 49, 50, 51, 52, 53-cü məhəllələr, 10, 11, 12, 13, 16, 17, 18, 20 və 21-ci mikrorayon ərazilərinin qaz təchizatı dayandırılacaq.