Avqustun 15-də ölkənin bəzi yerlərində temperaturun müsbət 40 dərəcəyə qədər yüksələcəyi ehtimal olunur.
Qaynar.info Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Abşeron yarımadasında havanın temperaturugecə 23-26˚, gündüz 32-37˚, Bakıda gecə 24-26˚, gündüz 35-37˚ isti olacaq.
Azərbaycanın əksər rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Aran rayonlarında gecə 20-25˚, gündüz 35-40˚ isti, dağlarda gecə 15-20˚, gündüz 27-32˚ isti qeydə alınacaq.
Qaynar.info