Sloveniyada təlim-məşq toplanışını davam etdirən "Sabah" növbəti yoxlama görüşünü keçirib.
Qaynarinfo xəbər verir ki, "bayquşlar" Ukraynanın "Rux” klubu ilə qarşılaşıb.
Matç Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bakı komandasının heyətində Kahim Parris və Neqoş Kupusoviç fərqlənib.
Qeyd edək ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi "Sabah" daha əvvəl keçirdiyi yoxlama görüşlərində "Koper"i (Sloveniya) 1:0 hesabı ilə məğlub edib, Serbiya təmsilçisi "Çukariçki" (0:0) və Ukraynanın "Krivbas" (2:2) klublarına qarşı matçlar isə heç-heçə nəticələnib.
Şərhlər