Xəbər lenti

Sabah yay havası olacaq
Ölkə08:06 18.05.2015

Sabah yay havası olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah ölkə ərazisində yağmursuz hava müşahidə olunacaq. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, mayın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi axşam şimal küləyi ilə əvəzlənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 11-13˚, gündüz 21-26˚ isti olacaq.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu aran rayonlarında gecə 12-17˚, gündüz 24-29˚, dağlarda gecə 5-10˚, gündüz 15-20˚ isti olacaq.

Qaynar.info