Xəbər lenti

Sabaha olan hava proqnozu - İsti olacaq
Ölkə08:20 03.01.2017

Sabaha olan hava proqnozu - İsti olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda və Abşeron yarımadasında yanvarın 4-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo.Az-a verilən məlumata görə, sabah bəzi yerlərdə zəif duman olacaq.

Arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 1-4° isti, gündüz 7-12° isti, Bakıda gecə 1-3° isti, gündüz 9-11° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Qaynarinfo.Az