Xəbər lenti

Sabaha olan hava proqnozu - Yağış, Dolu, Şimşək
Ölkə08:30 09.06.2016

Sabaha olan hava proqnozu - Yağış, Dolu, Şimşək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İyunun 10-da Bakı və Abşeron yarımadasının bəzi yerlərində arabir yağacağı, şimşək çaxacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo.az-a verilən xəbərə görə, arabir güclənən şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 20-25, Bakıda gecə 16-18, gündüz  23-25 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 Havanın temperaturu gecə 13-18, gündüz 22-27, dağlarda gecə 6-11,  gündüz 12-17 dərəcə isti olacaq.

Qaynarinfo.az