Xəbər lenti

Sabaha olan hava proqnozu - Yağış yağacaq
Ölkə08:50 07.07.2016

Sabaha olan hava proqnozu - Yağış yağacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda və Abşeron yarımadasında iyulun 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo.az-a verilən məlumata görə, paytaxtda və yarımadada əsən mülayim cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 18-23 dərəcə isti olacaq.

Qaynarinfo.az