Xəbər lenti

Sabahdan güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq (XƏBƏRDARLIQ)
Ölkə10:48 28.10.2022

Sabahdan güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq (XƏBƏRDARLIQ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda və Abşeron yarımadasında oktyabrın 29-u gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, oktyabrın 28-i axşam şimal və qərb rayonlarından başlayaraq oktyabrın 30-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi arabir 15-20 m/s-dək güclənəcək.