Xəbər lenti

Sabahdan hava kəskin soyuyacaq -XƏBƏRDARLIQ
Ölkə09:16 03.10.2013

Sabahdan hava kəskin soyuyacaq -XƏBƏRDARLIQ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Oktyabrın 4-5-də Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişməsi, güclü xəzri küləyi və temperaturun 5-10 dərəcə aşağı düşməsi meteohəssas insanlar üçün əlverişsizdir.

Oktyabrın 6-7-də temperatur rejiminin iqlim normasından aşağı olmasına baxmayaraq, oksigenlə zəngin hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Nisbətən mülayim hava şəraitindən sonra oktyabrın 4-dən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, temperaturun tədricən 5-8 dərəcə aşağı enəcəyi, fasilələrlə yağış yağacağı, şimal küləyinin güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 4-də hava şəraitinin kəskin dəyişəcəyi, güclü şimal küləyinin əsəcəyi, temperaturun 8 dərəcəyədək aşağı enəcəyi, yağış yağacağı gözlənilir.Havanın temperaturunun günün birinci yarısında 17-19, günün ikinci yarısında 14 dərəcə olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 4-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi bəzi yerlərdə daha da güclü əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 16-21, dağlarda gecə 4-9, gündüz 9-13 dərəcə isti olacaq.

Qaynar.info