Xəbər lenti

Sabahdan hava sərinləşir
Ölkə08:40 19.07.2014

Sabahdan hava sərinləşir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabahdan Azərbaycan ərazisində hava nisbətən sərinləşəcək. Ölkə ərazisindəsərin hava şəraitinin iyulun 22-dək davam edəcəyi proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 29-34 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da sabah əsasən yağmursuz hava şəraitinin müşahidə olunacağı, lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısammüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

Qaynar.info