Xəbər lenti

Sabahdan küçə və parklarda qrup şəklində gəzmək qadağan olundu
Ölkə17:00 23.03.2020

Sabahdan küçə və parklarda qrup şəklində gəzmək qadağan olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.
Qaynarinfo xəbər verir ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahdan ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərarında bildirilib.
Qərar 24 mart 2020-ci il saat 00:00-dan etibarən qüvvəyə minir və 20 aprel saat 00:00-dək davam edəcək.