Xəbər lenti

Sabahdan temperatur aşağı enəcək (XƏBƏRDARLIQ)
Ölkə12:27 20.07.2020

Sabahdan temperatur aşağı enəcək (XƏBƏRDARLIQ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən isti hava şəraitindən sonra iyulun 21-i axşamdan  23-dək havanın qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində 28-30 m/s-dək güclənəcəyi, gecə və səhər saatlarında yağış yağacağı gözlənilir. 
Qaynarinfo xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. 
Məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında bir neçə gün davam edən isti hava şəraitindən sonra  iyulun 21-i axşam şimal və qərb rayonlarından başlayaraq 25-dək ölkə ərazisində  havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, əsasən şimal və qərb rayonlarında leysan xarakterli intensiv və güclü olacağı, dolu duşəcəyi gözlənilir.
Qərb küləyi  15-20 m/s, iyulun 21-də gündüz və 22-də  ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.