Xəbər lenti

Sabahın hava proqnozu
Ölkə09:08 19.09.2017

Sabahın hava proqnozu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sentyabrın 20-də Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal-qərb küləyi  gündüz cənub-şərq küləyi  ilə əvəz olunacaq.

ETSN-dən "Qaynarinfo"ya verilən məlumata görə, havanın temperaturunun gecə  19-22° isti, gündüz 30-35° isti, Bakıda gecə  20-22°, gündüz  33-35° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz  35-40 % olacaq. 

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə  14-19°, gündüz  31-36° isti, dağlarda gecə 11-16°,  gündüz 21-26° isti olacağı gözlənilir.

Qaynarinfo.Az