Xəbər lenti

Sabahın hava proqnozu açıqlandı
Ölkə08:13 25.08.2022

Sabahın hava proqnozu açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avqustun 26-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq.
Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-36° isti, Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 55-65 %, gündüz 35-40 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 32-37° isti, dağlarda gecə 9-14° isti, gündüz 20-25° isti olacaq.