Xəbər lenti

Sabahın hava proqnozu - Duman, şaxta...
Ölkə09:20 06.12.2016

Sabahın hava proqnozu - Duman, şaxta...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda və Abşeron yarımadasında dekabrın 7-də hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo.Az-a verilən məlumata görə, paytaxt və yarımadada səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-2 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 4-6 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 85-95% təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. 

Qaynarinfo.Az