Xəbər lenti

"Sabah"ın rəqiblərindən ikisinin adı bilindi
İdman14:45 28.12.2021

"Sabah"ın rəqiblərindən ikisinin adı bilindi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq "Sabah”ın hazırlıq çərçivəsində qarşılaşacağı rəqiblərdən ikisi bəlli olub.
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda yanvarın 15-də Macarıstanın "Pakş”, 25-də isə Serbiyanın "Mladost” (Luçani) komandaları ilə qarşılaşacaq. Türkiyə toplanışı çərçivəsində daha bir oyunun keçirilməsi nəzərdə tutulub. Rəqib barədə qarşıdakı günlərdə məlumat veriləcək.
Paytaxt klubu Antalya toplanışı 12-26 yanvar tarixlərini əhatə edəcək.
Səbuhi Həsənov