XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Sabiq deputat köməkçisinə yeni vəzifə verildi (FOTO)
Ekonomiks01:02 30.11.2023

Sabiq deputat köməkçisinə yeni vəzifə verildi (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov özünə yeni köməkçi təyin edib. 
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, müvafiq əmrlə Gülməmmədov Sahib Azər sözügedən qurumun İdarə Heyəti sədrinin köməkçisi təyin olunub. 
Qeyd edək ki, 1997-ci il təvəllüdlü Sahib Gülmməmədov 2020-2021-ci illərdə Azərbaycan Sahibkarlar Konfederasiyasının "Gənc sahibkarlarla iş” komitəsinin katibi olub. 2020-2021-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputat köməkçisi olaraq fəaliyyət göstərib.
2021-ci ilin avqust ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində fəaliyyət göstərir.
Layihələrin idarəedilməsi, Rəqəmsal marketinq, PR və kommunikasiya mütəxəssisidir. 
Əhməd