Xəbər lenti

Sabiq deputat koronavirusa yoluxdu (FOTO)
Ölkə07:34 16.02.2021

Sabiq deputat koronavirusa yoluxdu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabiq millət vəkili Ağacan Abıyev koronavirusa yoluxub.
Bu barədə unikal.org-a A.Abıyev özü məlumat verib.
O bildirib ki, COVID-19 testinin nəticəsi pozitiv çıxıb:
"Hazırda müalicəmi evdə davam etdirirəm. Hələ ki səhhətin normaldır. Əzələlərimdə və bədənimdə şiddətli ağrılar var. Ümid edirəm ki, virusa qalib gələcəm”.
Qeyd edək ki, Ağacan Əbiyev 2005-2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1987-ci ildən 2015-ci ilədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru olub, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin Baş katibi, texnika elmləri namizədi, professor, Azərbaycanın əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının üzvüdür.