Xəbər lenti

Sabiq idarə rəisi həbsdə öldü
Ölkə10:14 22.11.2025

Sabiq idarə rəisi həbsdə öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ləğv olunmuş "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Viləşçay Su Anbarının İstismarı İdarəsinin keçmiş rəisi Mahir Əliyev həbsdə vəfat edib.
M.Əliyev 66 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, o, 2017-2021-ci illərdə sözügedən idarənin rəisi vəzifəsində çalışıb. 2021-ci ildə öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.
Daha sonra Mahir Arif oğlu Əliyev Cinayət Məcəlləsinin bir neçə maddələri üzrə təqsirli bilinib və müvafiq hökmlə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.//Qafqazinfo