Xəbər lenti

Sabiq nazir ev dustaqlığına buraxıldı
Ölkə06:42 26.05.2022

Sabiq nazir ev dustaqlığına buraxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib.
APA xəbər verir ki, bu barədə Səbail rayon Məhkəməsində qərar çıxarılıb.
Məhkəmənin qərarına əsasən, Səlim Müslümovun səhhəti ilə bağlı onun barəsində qətimkan tədbiri dəyişdirilib və ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, S.Müslümov barəsində olan korrupsiya əməllərinə görə ötən ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində həbs edilib.
Xatırladaq ki, sabiq nazir bir neçə gün öncə səhhətindəki problemlərə görə Penitensiar Xidmətin Müalicə müəssisəsinə yerləşdirilmişdi.
Səlim Müslümovun ev dustaqlığına buraxılması barədə xəbəri ilk olaraq unikal.org saytı yayıb.