Xəbər lenti

Sabiq nazirin oğlu Moskvada 8 milyon dollara 4 mənzil aldı (FOTO)
Ölkə 17:50 15.05.2022

Sabiq nazirin oğlu Moskvada 8 milyon dollara 4 mənzil aldı (FOTO)

Keçmiş Müdafiə Sənayesi naziri, mərhum Yavər Camalovun oğlu Rəşad Camalov Moskvanın elit "River House" yaşayış kompleksində (Na Savvinskoy) ümumi dəyəri 550 milyon rubl (8 milyon dollara yaxın) 4 mənzil alıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb. 

Onun sözlərinə görə, Rəşad Camalov eyni zamanda "Şvedskiy tupik" 3 ünvanında dəyəri 400 milyon rubl olan lüks mənzilə, Veresaeva küçəsində 190 kv. metrlik mənzilə, "Semyonovsk" metrosu yaxınlığında 600 kv. metrlik obyektə və Novoçermuşinsk küçəsində 773 kv. metrlik "Pyateroçka" supermarketə sahibdir.

Rəşad Camalov 2020-ci ildə Milli Məclisin deputatlığına namizədliyini vermişdi, lakin ikili vətəndaşlığı olduğu haqqında məlumat ortaya çıxınca MSK onun namizədliyini ləğv etmişdi.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->