
Azərbaycanda sabiq polis ağır yol qəzası törədib.
Qaynar.info-nun Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə avqustun 20-də saat 07 radələrində Ağdaş rayonunun Abad kəndində qeydə alınıb.
Bakı şəhər sakini Müşfiq Cəfərov idarə etdiyi “Hyundai” markalı avtomobili kanala aşırıb və o aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
APA-nın əldə etdiyi məlumata görə, qəzada dünyasını dəyişən M. Cəfərov sabiq polis mayorudur.
O, fizika-riyaziyyat elmləri doktoru, professor İsgəndər Cəfərovun oğludur.
Qaynar.info