Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın nəvəsi Dağlıq Qarabağda hərbi xidmətdədir.
Milli.Az Yerevanda çıxan "Joxovurd" qəzetinə istinadən xəbər verir ki, Erməni Milli Konqresinin sədri, ölkə müxalifətinin faktiki lideri hesab olunan Levon Ter-Petrosyanın böyük nəvəsi Levon Davidoviç Petrosyan hərbi xidmətə Yerevandakı hərbi hissələrdən birində başlamışdı.
Lakin az sonra onu Ermənistan ordusunun Dağlıq Qarabağdakı hissəsinə yollayıblar.
"Müxalifətçilər bunu "Levon Ter-Petrosyanın nəvəsinin hərbi xidmətdən azad olmaq hüququ olsa da o, orduya yollandı" kimi qələmə verirlər. Əslində isə Levon Ter-Petrosyanın yalnız adı xidmətdə keçir, özü isə "mülki həyat"dadır. Levon Ter-Petrosyanın nəvəsi gah Yerevanda, gah da Moskva və Londonda yaşayır. Belədirsə, "nəvənin vətənpərvərliyi" ilə bağlı deyilənlər çox ucuz, eybəcər təbliğat təsiri bağışlayır", - qəzet yazıb.
Erməni Milli Konqresinin mətbuat katibi Arman Musinyan olaya şərh verməkdən imtina edib.
Qaynar.info