Xəbər lenti

Sabir Rüstəmxanlı ailələrinin dəhşətli qəzasından danışdı
Ölkə13:47 11.02.2015

Sabir Rüstəmxanlı ailələrinin dəhşətli qəzasından danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Millət vəkili Sabir Rüstəmxanlı ailə üzvlərinin düşdüyü qəzadan danışıb. 

Qaynar.info xəbər verir ki, o, ATVxeber.az saytına açıqlamasında bildirib ki, qəza “Yanardağ” deyilən yerdə olub:

“Mən o maşında olmamışam. Əmimiz rəhmətə getmişdi. Biz rayondan gəlirdik. Yəqin, sürücü yuxulu olub. Ağır qəza baş verdi. Bəlkə də yağışlı hava idi, qəza ondan oldu. Hadisə Masallı yardımlı arasında “Yanardağ” deyilən yerdə baş verib. Özümdə deyiləm heç”.

Xatırladaq ki, bu gün Şahbaz Xuduoğlu Yardımlıdan əmisinin yas mərasimindən qayıdarkən qəzaya düşüb, həyat yoldaşı Könül Rüstəmxanlı dünyasını dəyişib. Qəza zamanı yaralanan bacısı İlahə isə xəstəxanaya çatdırılıb. 

Qaynar.info