Xəbər lenti

Sabir Rüstəmxanlı Neftçalanın ən ucqar kəndinə getdi (FOTO)
Ölkə18:28 03.02.2020

Sabir Rüstəmxanlı Neftçalanın ən ucqar kəndinə getdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd, Xalq şairi Sabir Rüstəmxanlı təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlərini davam etdirir.
Qaynarinfo xəbər verir ki, Sabir Rüstəmxanlı bu gün rayonun ən ucqar kəndlərindən biri olan Sübh kəndinin sakinləri ilə görüşüb. Sabir Rüstəmxanlının vəkilləri Fərhad Əzizbəyli və Etibar Əbilov deputatlığa namizədin keçdiyi həyat yolundan, Azərbaycan dövləti, eləcədə dünyada yaşayan azərbaycanlılar üçün gördüyü işlərdən danışıblar. Çıxışçılar bildirib ki, indiyə kimi keçirdiyi görüşlərdən belə qənaətə gəliblər ki, Neftçala camaatı yekdilliklər Sabir Rüstəmxanlıya səs verəcək.
Sabir Rüstəmxanlı bildirib ki, təbliğat-təşviqat prosesində rayonun problemləri ilə yaxından tanış olmaq imkanı qazanıb: "Mən indiyə kimi bu rayonun ziyalılarını, fikir adamlarını, məşhur rəssamlarını yaxından tanıyırdım, dostluq edirdim. Yəni Neftçalanın ictimai, ədəbi mühiti ilə tanış idim, indi isə sosial mühiti, insanların problemləri tanış oluram, öz qeydlərimi aparıram. Deputat seçilərəmsə, bu rayonun problemləri və onun həlli üçün ayrıca bir layihə hazırlayıb, hökumət qarşısında məsələ qaldıracağam. İnanıram ki, öz nüfuzum və səlahiyyətimdən istifadə edərək, bu rayonun inkişafı, əhalinin rifahının yaxşılaşdırılması üçün ciddi işlər görə biləcəyəm”.
Sonra sakinlər çıxışlar edib kəndin problemlərindən danışıblar. Bildiriblər ki, bu problemlərin həll olunması üçün rayonu Sabir Rüstəmxanlı kimi nüfuzlu şəxs təmsil etməlidir.