Xəbər lenti

Sabir Rüstəmxanlı oğlunun vəzifə almasından danışdı
Ölkə13:13 03.07.2014

Sabir Rüstəmxanlı oğlunun vəzifə almasından danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Əvvəla, Cəmil “Azəryolservis” ASC-də işləyir, bunun Nəqliyyat naziri Ziya Məmmədova nə aidiyyəti? 

Digər tərəfdən, Cəmil bir neçə ildir ki, o idarədə çalışır və hazırda bir neçə xarici dil bilməsi, mütəxəssis olması və xaricdə təhsil alması nəzərə alınaraq, qrup rəhbərliyi ona həvalə edilib”. 

Bu barədə Axar.az-a millət vəkili Sabir Rüstəmxanlı oğlu Cəmil Rüstəmxanlının “Azəryolservis”də beynəlxalq əlaqələr idarəsində qrup rəhbəri təyin edilməsi barədə xəbərə münasibət bildirərkən dedi. Millət vəkilinin sözlərinə görə, bunu hansısa vəzifə və ya qohumluq əlaqəsi ilə bağlamaq ayıbdır: 

“Mənim oğlumdur deyə, işsiz qalmalıdır? Onsuz da qohum-əqrəbada xeyli gəncimiz işsizdir. Məgər bizim övladlarımız bu ölkədə yaşamır? Onlardan hansısa birinin iş alması vəzifə kimi niyə bu qədər hallandırılır?”  

Xatırladaq ki, Cəmil Rüstəmxanlının “Azəryolservis”in beynəlxalq əlaqələr idarəsində qrup rəhbəri təyin edilməsi barədə xəbər yayılıb. “Lent.az”ın verdiyi məlumatda bu vəzifəyə Cəmil Rüstəmxanlının Ziya Məmmədovun imzaladığı əmrlə təyin olunduğu bildirilir. 

Qeyd edək ki, Cəmil Rüstəmxanlı millət vəkili, xalq şairi Sabir Rüstəmxanlının oğlu, Nəqliyyat naziri Z.Məmmədovun qardaşı İldırım Məmmədovun kürəkənidir.

Qaynar.info