Xəbər lenti

Sabir Rüstəmxanlı parlamentdə İTV-nin müdafiəsinə qalxdı
Ölkə08:43 19.04.2013

Sabir Rüstəmxanlı parlamentdə İTV-nin müdafiəsinə qalxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Sabir Rüstəmxanlı da İTV haqqında xoş sözlər söylədi: “Bu gün İTV Azərbaycan həyatında çox ciddi hadisədir, dünyanın harasına gediriksə, Azərbaycan haqqında ən dəqiq məlumatı ordan alırıq”.

Modern.az-ın məlumatına görə S.Rüstəmxanlı aşıq musiqisi ilə bağlı S.Novruzovun fikri ilə razılaşmadı: “İTV-nin fəaliyyətinin ən uğurlu tərəflərindən biri budu ki, o, dünyanın basqısı altında arxa plana keçirilən milli-mənəvi dəyərlərimizi, o cümlədən aşıq sənətinə geniş yer ayırır. Ona görə də bunu ixtisar etməyə ehtiyac yoxdur”.

O, həmçinin qeyd etdi ki, Qarabağ məsələsi ilə bağlı verilişlər ölkə telekanallarında yetərli səviyyədə deyil: “Bu gün Qarabağı təkcə Ermənistan unutdurmur, həm də özümüz unuduruq”.

Qaynar.info