Xəbər lenti

Sabirabadda evdə yanğın: Bir ailə məhv oldu - ADLAR
Ölkə08:51 04.06.2025

Sabirabadda evdə yanğın: Bir ailə məhv oldu - ADLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar telefon xəttinə Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.
Bu barədə Qaynarinfo-ya FHN-dən bildirilib.
Məlumatla əlaqədar FHN-in müvafiq xilasetmə qüvvələri yanğın yerinə cəlb olunublar.
İlkin məlumata əsasən, yanğın ikimərtəbəli fərdi yaşayış evində baş verib. Yanğının kəşfiyyatı zamanı 4 nəfərin meyiti aşkar olunub.
Yanğın söndürülüb, ətrafda olan tikililər yanğından mühafizə olunub.
"Report"un məlumatına görə, hadisə zamanı həlak olan şəxslər Muğan Gəncəli kənd sakinləridir:
* 1989-cu il təvəllüdlü İmanov Tural Ağasəf oğlu;
* 2002-ci il təvəllüdlü İmanova Safalı Qorxmaz qızı;
* 2020-ci il təvəllüdlü İmansoy Osman bəy Tural oğlu; 
* 2024-cü il təvəllüdlü İmansoy Esma Tural qızı.