
AXCP Sabirabad rayon şöbəsinin üzvü Rail Rustamov bu gün həbs olunub.
Azadliq.info-nun məlumatına görə, bir qədər əvvəl Rail Rüstəmova Sabirabad Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 20 sutka həbs cəzası verilib.
Həbsin səbəbi məlum deyil.
Məlumata görə, o, AXCP Sabirabad rayon şöbəsi Ali Məclisinin üzvü Sahib Rüstəmlinin oğludur.
Qaynar.info