Xəbər lenti

Sabirabadda qəza - Bir ailənin beş üzvü xəsarət alıdı
Ölkə06:46 07.05.2016

Sabirabadda qəza - Bir ailənin beş üzvü xəsarət alıdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabirabad rayonunda baş verən yol qəzasında bir ailənin beş üzvü ağır xəsarətlər alıb.

Qaynarinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə səhər saat 7.00 radələrində Hacıqabul-Bəhrəmtəpə magistralının 18-ci kilometrliyində, Sabirabad rayonunun Nizami kəndində qeydə alınıb. “Mercedes” markalı, 01 BR 882 dövlət nömrə nişanlı avtomobillə İmişli rayon sakini, 1985-ci il təvəllüdlü Muradov Raqif Ənvər oğlunun idarə etdiyi “VAZ 21099” markalı, 30 BF 792 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Nəticədə “VAZ 21099” markalı avtomobilin sürücüsü və sərnişinləri, 1975-ci il təvəllüdlü İmanov Müşkül Yolçu oğlu, 2002-ci il təvəllüdlü İmanzadə Elvin Müşkül oğlu, 2004-cü il təvəllüdlü İmanlı Aysun Müşkül qızı və 1984-cü il təvəllüdlü İmanova Gülarə Ənvər qızı ağır xəsarətlərlə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib. İlkin ehtimala görə, hadisəyə səbəb “Mercedes” markalı avtomobilin “VAZ 21099” markalı avtomobilin hərəkət zolağına çıxması olub.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

Qaynarinfo.az