Xəbər lenti

Sabirabadda su "qiyamı" - ETİRAZ
Ölkə09:56 20.08.2014

Sabirabadda su "qiyamı" - ETİRAZ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabirabad rayonu Əliləmbəyli kənd sakinləri kənddə içməli suyun olmamasından əziyyət çəkirlər. 

Bu barədə Qaynar.info-ya kənd sakinləri məlumat veriblər. 

Onlar bildiriblər ki, qonşu kəndlərin hamısında su problemi həllini tapsa da, Əliləmbəyli də problem həllini tapmır. 

Havaların belə isti keçdiyi bir şəraitdə susuzluq demək olar ki, vətəndaşları təngə gətirib. Bununla yanaşı, isti hava şəraiti həyətyanı təsərrüfata da ciddi ziyan vurub. 

Sakinlər iddia edirlər ki, problemlə bağlı dəfələrlə rayon İcra Hakimiyyətinə müraciət etsələr də, onların şikayətlərinə baxan olmayıb. 

Ona görə də kütləvi şəkildə İcra Hakimiyyətinə gedib problemi aradan qaldırmağı planlaşdırırlar. 

Əgər bu da nəticəsiz qalacaqsa, onda sakinlər Prezident Adminstrasiyasına şikayət edəcəklərini deyirlər. 

Qaynar.info