Xəbər lenti

Sabirabadda traktor qəzasında ölənlərdən üçü ana və əkiz qızlarıdır (SİYAHI)
Ölkə08:11 07.05.2018

Sabirabadda traktor qəzasında ölənlərdən üçü ana və əkiz qızlarıdır (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabirabad rayonunda traktorun su kanalına düşməsi nəticəsində ana və 18 yaşlı əkiz qızları ölüb.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, rayonun Şəhriyar kəndində baş verən qəzada traktorun qoşqusunda olan 7 nəfərdən 6-ı ölüb 1-i sürücü olmaqla 2 nəfər yaralanıb.
Ölənlər:
1978- ci il təvəllüdlü Bağırova Elnarə İbrahiməjdər qızı
2000-ci il təvəllüdlü Bağırova Zəhra Teymur qızı 
2000-ci il təvəllüdlü Bağırova Fatma Teymur qızı 
1983-cü il təvəllüdlü Həsənova Xəyalə Əbdülhəsən qızı
1966-cı il təvəllüdlü İmanova Məlahət Nuxbala qızı
1992-ci il təvəllüdlü Qasımova Günay Tofiq qızı 
Yaralılar:
1996-cı il təvəllüdlü Dadaşova Sona İmran qızı
1994-cı il təvəllüdlü İmanov Xalid Əjdər oğlu