Xəbər lenti

Şabranda ağır qəza: Sürücü hadisə yerində keçinib
Ölkə17:59 04.06.2015

Şabranda ağır qəza: Sürücü hadisə yerində keçinib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şabranda yol qəzası baş verib. 

Qaynar.info FHN-ə istinadən xəbər verir ki,  rayonun Ağalıq kəndində (rayon mərkəzindən 18 km aralı) 1987-ci il təvəllüdlü Osmanov Elsevər Bəyməmməd oğluna məxsus “Mercedes” markalı minik avtomobili idarəetməni itirib, nəticədə yol-nəqliyyat hadisəsi baş verib. FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış E.Osmanovun cəsədini çıxarıb  və aidiyyəti üzrə təhvil veriblər. 

Əməliyyat saat 20:10-da başa çatıb.