"Kanal 13” internet televiziyasında yayımlanan videomaterialda yer alan Sabunçu rayonu, Ramana qəsəbəsinin 9-ci mədən ərazisində yaşayan bir qrup sakinin şikayəti Sabunçu rayon İcra Hakimiyyəti (RİH) tərəfindən araşdırılıb.
RİH-dən ildirilib ki, Rayon İcra hakimiyyəti karantin rejimi tətbiq olunduğu ilk gündən daxili imkanlar hesabına rayon ərazisində pasport qeydiyyatında olan və maddi cəhətdən çətinlik çəkən çoxlu sayda vətəndaşa dəstək olub və onlara ərzaq bağlamaları təqdim edilib:
"Bu təşəbbüsə rayon ərazisində fəaliyyət göstərən bir çox sahibkarlar da qoşulub və beləliklə də bütün gücümüzü səfərbər edərək aztəminatlı ailələri qayğımızla əhatə etməyə çalışmışıq. Əlavə olaraq qeyd edilməlidir ki, Heydər Əliyev fondu tərəfindəndə bu kateqoriyadan olan insanlara dəstək məqsədi ilə çox böyük köməkliklər göstərilir.
Bununla əlaqədar qeyd etmək istərdik ki, süjetdə göstərilən insanlar respublikamızın müxtəlif bölgələrində pasport qeydiyyatında olmalarına baxmayaraq Ramana qəsəbəsindəki neft-mədən ərazilərində qanunsuz inşa edilmiş və heç bir rəsmi sənədi olmayan tikililərdə məskunlaşıblar. Buna baxmayaraq bu vətəndaşları da qayğımızla əhatə etməyə çalışacağıq”.