Xəbər lenti

Sabunçuda qaçqın və köçkünlərə ermənisayaq münasibət - FOTOLAR
Ölkə08:38 19.04.2016

Sabunçuda qaçqın və köçkünlərə ermənisayaq münasibət - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 mart 2016-cı il tarixli sərəncamı ilə Ramana - Maştağa avtomobil yolunun tikintisinə start verilib.

Artıq Sabunçu Rayonu Ramana qəsəbəsində işlər gedir. Yolun eni 12 metr nəzərdə tutulduğundan sakinlərin həyətyani sahəsi də plana düşür. Bu isə torpaq alıb ev tikənlərin ciddi narazılığına səbəb olub. Məsələ burasındadı ki, həmin ərazidə yaşayan insanların hasarları sökülür, həyətləri yolun bir hissəsinə çevrilir. Qaynarinfo.Az xəbər verir ki, narazılığa səbəb isə Sabunçu Rayonu İcra Hakimiyyəti tərəfindən heç bir kompensasiyanın ödənilməməsidi. Narazılıqla bağlı müraciət edən vətəndaşlara isə "Gedin kimə şikayət edirsiz, edin" deyilir.

Hətta vətəndaşlara icra məmurlarından "Səni həbs etdirərəm!" deyənlər də var. Məsələ qanuni çərçivədə həll edilməsə, tərəflər arasında xoşagəlməz insidentin baş verəcəyi istisna deyil. Belə ki, həmin ərazidə pulla torpaq alıb ev tikən məcburi köçkünlərin sayı da çoxluq təşkil edir. Belə olan halda məcburi köçkünlərin ciddi dirəniş göstərməkdən başqa şansı yoxdu. 92-93-cü illərdə torpaqları işğal olunan məcburi köçkünlərin ikinci dəfə pulla aldığı torpaqların zəbt edilməsinə göz yuma bilməzlər. Onlar da başa düşür ki, əslində, bu, dövlət səviyyəlli tədbirdi. Ancaq Sabunçu Rayonu İcra Hakimiyyəti tərəfindən kompensasiyanın verilməməsini, əhalinin razı salınmamasını vətəndaşlar hüquqlarının pozulması kimi qəbul edir.

Qaynarinfo.az