Xəbər lenti

Sabunçuda sakinlərlə polis arasında qarşıdurma... - YENİLƏNİB
Ölkə14:59 22.02.2014

Sabunçuda sakinlərlə polis arasında qarşıdurma... - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İcra başçısının müavini etirazçıların qarşısına çıxaraq, vəd verib ki, icra başçısı Ticarət Mərkəzinin sahibi ilə görüşüb, yaranmış problemi müzakirə edəcək. Bundan sonra ticarətçilərə əlavə məlumat veriləcək.

* * * * *

Bakıxanov qəsəbəsindəki yolun genişləndirilməsi ilə bağlı ticarət mərkəzinin sökülməsinə etiraz olaraq, sakinlər Sabunçu Rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşıb. 

“Azadlıq”ın verdiyi məlumata görə, polis sakinləri icra hakimiyyətinin qarşısından uzaqlaşdırmağa çalışır. 

Sakinlərlə polis arasında ciddi qarşıdurma yaranıb. 

Bildirilir ki, bundan əvvəl oxşar hadisə ticarət mərləzinin qarşısında baş verib.

Əlavə məlumatlar veriləcək. 

Qaynar.info